Yanvar-aprel aylarında müavinətlər üzrə 367 mln. manat, Prezident təqaüdləri üzrə 231 mln. manat ödənilib
22 MAY 2025

4 ayın  sosial göstəriciləri

Cari ilin 4 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 484 min nəfərə sosial müavinət, 402 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 367 mln. manat, Prezident təqaüdləri üzrə 231 mln. manat ödənilib. 

Yanvar-aprel aylarında 54 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 775 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.