“Uşaqların gülüşü sabahın ümididir” adlı tədbir reallaşdırılıb
04 MAY 2026
“CineMastercard” kinoteatrlar şəbəkəsinə daxil olan “CinemaPlus Ganjlik Mall” kinoteatrında ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmış, müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin övladları üçün sosial layihə həyata keçirilib.
6-12 yaş aralığında olan 30 uşağa sevimli cizgi filmlərini izləmək üçün şərait yaradılıb. Tədbirin məqsədi uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, onların psixoloji və emosional stabilliyini dəstəkləmək, sosial ünsiyyət bacarıqlarının formalaşmasına şərait yaratmaqdır.
Sosial həssas qruplara göstərilən davamlı dəstək tədbirləri çərçivəsində təşkil olunan layihə Dövlət Sosial Müdafiə Fondu (DSMF) və ÇAPAR Groupun birgə təşkilatçılığı ilə həyata keçirilib.







