ÜDSY-ə müraciət zamanı tələb olunmayacaq məlumatlar
04 iyun 2024
Ünvanlı sosial yardım üçün müraciət zamanı tələb olunmayacaq məlumatlar
Ailə üzvlərinin
* pensiya, müavinət, təqaüd, kompensasiya, işsizlikdən sığorta ödənişi almaları;
* əmək haqqı üzrə gəlirlər;
* tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları;
* daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması;
* kommunal xərcləri, telefon nömrələri və xərcləri;
* sərhəd keçməsi, cəzaçəkmə müəssisəsində olması;
* əlilliyinin olması, əlilliyi olan şəxsə qulluq etməsi;
* özünəməşğulluq proqramı üzrə müqavilənin olması;
* 3 yaşadək uşağa qulluq etməsinə, habelə hamiləlik və doğuma görə məzuniyyətlə əlaqədar ödənişlər alması.