ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Türk şəhid ailələri ilə görüş olub
17 yanvar 2024

Dövlət Sosial Müdafiə Fondu ilə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi tərəfindən birgə icra olunan “Qardaş ailə” layihəsi çərçivəsində Fondun İdarə Heyəti sədrinin müavini Mətin Əsgər ölkəmizə dəvət olunan türk şəhid ailələri ilə görüşüb. 
Görüşdə Vətən uğrunda canından keçmiş şəhidlərin daim hörmət və ehtiramla yad edildiyi, onların gənc nəslə örnək olduğu vurğulanıb. Həm Türkiyə, həm də Azərbaycanda şəhid ailələrinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğu, onların sosial müdafiəsi və rifahının gündən-günə daha da yaxşılaşdırılması üçün hər cür dəstəyin göstərildiyi də diqqətə çatdırılıb. 
Qeyd edək ki, layihə iki qardaş ölkənin şəhid ailələrini bir araya gətirərək, qardaşlıq münasibətlərini daha da möhkəmlətməyə, habelə şəhid ailələrinə sosial, maddi və mənəvi dəstək göstərilməsinə xidmət edir.