ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Sosial Dəstək, Sağlam Gələcək” layihəsi uğurla davam edir
20 sentyabr 2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və "Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi"nin birgə əməkdaşlığı ilə “Sosial Dəstək, Sağlam Gələcək” layihəsi uğurla davam edir. 
Korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərin övladları tibbi müayinədən keçirilir.
Layihə çərçivəsində bu dəfə Masallı rayonunda yaşayan Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərin övladlarının tibbi müayinəsi aparılıb. 5-16 yaş aralığında olan uşaqlara yeni tədris ilinə hazırlıq məqsədilə tibbi müayinə və ehtiyac duyulan laborator xidmətlər göstərilib. 
Referans Masallı Tibb Mərkəzində uşaqlarda qanın ümumi analizi, USM (ultrasəs müayinəsi), EKQ (elektrokardioqramma – ürək müayinəsi), pediatrik müayinə, endokrinoloq və uşaq nevroloqu müayinələri aparılıb.