ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Sosial Dəstək, Sağlam Gələcək” layihəsi Sumqayıt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu "Referans" Klinik Laboratoriya və Poliklinika Mərkəzi ilə birgə “Sosial Dəstək, Sağlam Gələcək” layihəsinə start verib. 
Korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Vətən müharibəsi zamanı yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərin övladlarının tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. 
İlk olaraq Sumqayıt şəhərində qeydiyyatda olan və yaşayan Vətən müharibəsi zamanı yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərin övladlarının tibbi müayinəsi aparılıb. 5-16 yaş aralığında olan uşaqlara yeni tədris ilinə hazırlıq məqsədilə tibbi müayinə və ehtiyac duyulan laborator xidmətlər göstərilib. 
"Referans" Sumqayıt Tibb Mərkəzində uşaqlarda qanın ümumi analizi, USM (Ultrasəs müayinəsi), EKQ (elektrokardioqramma – ürək müayinəsi), pediatrik müayinə, endokrinoloq və uşaq nevroloqu müayinələri aparılıb.