“Soruşun, cavab verək” verilişi
Dövlət Sosial Müdafiə Fondu ilə "Azərbaycan Radiosu"nun birgə reallaşdırdığı bu layihə çərçivəsində həftədə 1 dəfə Fondun məsul əməkdaşları "Azərbaycan Radiosu"nun efirində yayımlanan “Soruşun, cavab verək” verilişində Fondun fəaliyyət istiqamətləri və qanunvericiliklə bağlı dinləyiciləri maraqlandıran sualları cavablandırırlar.
Məqsəd vətəndaşlara sosial təminat sahəsində daha çox məlumat vermək, onları maarifləndirmək və operativ olaraq suallarını cavablandırmaqdır.