Sentyabr ayı ərzində 9 108 elektron arayış alınıb
06 oktyabr 2023
2023-cü ilin sentyabr ayı ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 9 108 elektron arayış alınıb.
Bu arayışların 3 050-si pensiya, 4 284-ü müavinət və təqaüd, 863-ü fərdi şəxsi hesab, 304-ü ünvanlı dövlət sosial yardımı, 109-u torpaq pay mülkiyyətçisi, 168-i sosial sığorta şəhadətnamə nömrəsi, 97-si şəhid ailəsi üzvü, 47-si ünvanlı dövlət sosial yardımı ödənişləri, 121-i sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 59-u əlilliyi olan şəxslərə qulluq, 6-sı Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.