Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən növbəti sosial layihə çərçivəsində Vətən müharibəsi şəhidlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və müharibə iştirakçılarının idman sahəsində, yerli və beynəlxalq olimpiadalarda, eləcə də şahmat turnirlərində uğur qazanmış övladları valideynləri ilə birlikdə yay düşərgəsində iştirak ediblər.
Düşərgənin məqsədi iştirakçıların sosial bacarıqlarının inkişaf etdirilməsi, komanda ruhunun gücləndirilməsi, yeni dostluq münasibətlərinin formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.
Proqram çərçivəsində iştirakçılar üçün idman yarışları, intellektual oyunlar, yaradıcı və maarifləndirici məşğələlər, həmçinin əyləncə proqramları təşkil edilib.
Qeyd edək ki, layihə DSMF ilə "McDonald's Azərbaycan" QSC arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib.







