Sabirabadda ictimai dinləmə keçiriləcək
15 yanvar 2024
Hörmətli vətəndaşlar!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 19 yanvar 2024-cü il tarixində saat 15:00-da Sabirabad rayonunda Saatlı və Sabirabaddan olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçiriləcək.
İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, DSMF-nin Sabirabad və Saatlı rayonlarında yerləşən qəbul şöbələrinə yaxınlaşıb, Fondun sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib və ya (012) 432-02-30 telefon nömrəsinə zəng edib qeydiyyatdan keçə bilərsiniz.