Qazaxıstanda “Sosial vektor: peşəkarlıq, tanınma, rəqəmsal gələcək” mövzusunda beynəlxalq forum keçirilib
29 OKTYABR 2025
Qazaxıstanın Baş naziri Oljas Bektenovun iştirakı ilə keçirilən Forumda regionun pensiya və sosial fondlarının sosial-əmək istiqamətləri üzrə əldə etdiyi yüksək nailiyyətlər, sosial müdafiə sisteminin inkişafı, pensiya sistemlərinin müasir əmək tələblərinə uyğunlaşdırılması strategiyaları, bu sahədə innovativ yanaşmaların tətbiqi və vətəndaş rifahının artırılması sahəsindəki islahatları barədə çıxışlar edilib.
Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq əlaqələr departamentinin müdiri Elşad Xanəlibəylinin iştirak etdiyi Forumda Qazaxıstanın Dövlət Sosial Sığorta Fondunun DSMF rəhbərinin sədri olduğu Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasındakı fəaliyyəti barədə məsələlər müzakirə edilib.







