Yaşa görə avtomatlaşdırılmış qaydada pensiya təyinatı şərtləri
Qanunvericiliklə müəyyən edilmiş pensiya yaş həddinə çatmış (“Əmək peniyaları haqqında” Qanunun 7-ci və 8-ci maddələrində nəzərdə tutulan yaş həddi) sığortaolunanın fərdi hesabının sığorta hissəsində 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək məbləğindən asılı olmayaraq pensiya kapitalı qeydə alındıqda ona 01.01.2006-cı il tarixinədək 25 il sığorta stajı (01.01.2026-cı il tarixindən hər il bir il azaldılmaqla, məsələn, 2026-cı il üçün 24 il, 2027-ci il üçün 23 il və s. güzəşt edilməklə) güzəşt olunmaqla avtomatlaşdırılmış qaydada pensiya təyinatı həyata keçirilir.




