Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər
Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla (kişilər üçün 60 yaş (65 - 5), qadınlar üçün 01.07.2024-cü il tarixindən 01.07.2025-ci il tarixinədək 59 yaş (64 – 5), yaşa görə əmək pensiyası hüququ vardır.