Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti necə və hansı qurum tərəfindən təyin olunur?
Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyi tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi vasitəsi ilə müəyyən edilir.