Ailə başçısını itirməyə görə əmək pensiyası əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq həyata keçirilir. Məsələn, 01.06.1977-ci il təvəllüdlü şəxs 01.02.2023-cü il tarixində vəfat edib. Onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan 2 nəfər ailə üzvü var. Mərhumun vəfat etdiyi tarixdəki yaşına (45 yaş) uyğun olaraq, ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün 10 il iş stajı (Cədvəl 1) tələb olunur. Şəxsin 01.01.2006-cı il tarixinədək 7 il iş stajı və 01.01.2006-cı il tarixindən 01.02.2023-cü il tarixinədək 11 il 4 ay sığorta stajına uyğun olaraq fərdi hesabının sığorta hissəsində 24560 manat pensiya kapitalı qeydə alınıb. Bu halda mərhumun 2006-cı il 1 yanvar tarixinədək 6 il iş stajına müvafiq hesablanan (hər il üçün 306 manat) 6481,44 manatla fərdi hesabının sığorta hissəsində 2006-cı il 1 yanvar tarixindən 01.02.2023-cü il tarixinədək toplanmış 24560 manat pensiya kapitalının cəminin (31041,44 manat) 86,40-a (Cədvəl 2) bölünməsi ilə onun iki nəfər ailə üzvünə 2023-cü ilin 1 fevral tarixindən 359,28 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilir.
Yaş | Tələb olunan staj aylar | Tələb olunan staj illə | Yaş | Tələb olunan staj aylar | Tələb olunan staj illə |
30 yaş və 30 yaşadək | 60 | 5 il | 48 | 132 | 11 il |
31 | 64 | 5 il 4 ay | 49 | 136 | 11 il 4 ay |
32 | 68 | 5 il 8 ay | 50 | 140 | 11 il 8 ay |
33 | 72 | 6 il | 51 | 144 | 12 il |
34 | 76 | 6 il 4 ay | 52 | 148 | 12 il 4 ay |
35 | 80 | 6 il 8 ay | 53 | 152 | 12 il 8 ay |
36 | 84 | 7 il | 54 | 156 | 13 il |
37 | 88 | 7 il 4 ay | 55 | 160 | 13 il 4 ay |
38 | 92 | 7 il 8 ay | 56 | 164 | 13 il 8 ay |
39 | 96 | 8 il | 57 | 168 | 14 il |
40 | 100 | 8 il 4 ay | 58 | 172 | 14 il 4 ay |
41 | 104 | 8 il 8 ay | 59 | 176 | 14 il 8 ay |
42 | 108 | 9 il | 60 | 180 | 15 il |
43 | 112 | 9 il 4 ay | 61 | 184 | 15 il 4 ay |
44 | 116 | 9 il 8 ay | 62 | 188 | 15 il 8 ay |
45 | 120 | 10 il | 63 | 192 | 16 il |
46 | 124 | 10 il 4 ay | 64 | 196 | 16 il 4 ay |
47 | 128 | 10 il 8 ay | 65 | 200 | 16 il 8 ay |
Yaş | Kapitalın bölündüyü əmsal | Yaş | Kapitalın bölündüyü əmsal |
30 yaş və 30 yaşadək | 43.20 | 48 | 95.04 |
31 | 46.08 | 49 | 97.92 |
32 | 48.96 | 50 | 100.8 |
33 | 51.84 | 51 | 103.68 |
34 | 54.72 | 52 | 106.56 |
35 | 57.60 | 53 | 109.44 |
36 | 60.48 | 54 | 112.32 |
37 | 63.36 | 55 | 115.2 |
38 | 66.24 | 56 | 118.08 |
39 | 69.12 | 57 | 120.96 |
40 | 72.00 | 58 | 123.84 |
41 | 74.88 | 59 | 126.72 |
42 | 77.76 | 60 | 129.6 |
43 | 80.64 | 61 | 132.48 |
44 | 83.52 | 62 | 135.36 |
45 | 86.40 | 63 | 138.24 |
46 | 89.28 | 64 | 141.12 |
47 | 92.16 | 65 | 144 |