Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ hansı hallarda yaranır?

Vəfat etmiş və ya həlak olmuş şəxslərin aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:

  • 18 yaşına çatmamış övladlarının;
  • 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarının;
  • təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək olan övladlarının;
  • kişilər üçün 65 yaşa, qadınlar üçün isə 64 yaş (01.07.2024-cü il tarixindən 01.07.2025-ci il tarixinədək qadınların pensiya yaş həddi 64 yaş müəyyən edilib) çatmış və ya orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş atanın, ananın, ərin, arvadın;
  • vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən birinin və ya ərin (arvadın), yaxud babanın, nənənin, qardaşın, bacının.