Noyabr ayında 40 888 vətəndaş qəbul edilib
25 dekabr 2024
2024-cü ilin noyabr ayında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 40 888 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.
Bu vətəndaşların 181 nəfəri Fondun rəhbər şəxsləri tərəfindən, 1 479 nəfəri Fondun Aparatının Qəbul Mərkəzində, 2 889 nəfəri mərkəzi, 36 339 nəfəri isə regional filiallarda qəbul edilib.