ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Monteneqronun ölkəmizdəki səfiri ilə görüş olub
14 dekabr 2023

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Monteneqronun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Perişa Kastratoviç arasında görüş olub.

Azərbaycan və Monteneqro arasındakı əlaqələrin 15 illik tarixə malik olduğu, bu əlaqələrin dostluq və əməkdaşlıq ruhunda inkişaf etdiyi bildirilib.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı çərçivəsində hüquqi bazanın genişləndirilməsi, potensial əməkdaşlıq sahələrinin müəyyən edilməsi və birgə layihələrin həyata keçirilməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanıb.

Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ölkələrimiz arasındakı əlaqələrin daha da dərinləşməsində xüsusi rola malik olması qeyd olunub.

S.Babayev ölkəmizdə həyata keçirilən sosial islahatlar, DOST konsepsiyası və sosial xidmətlərin elektronlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

P.Kastratoviç ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu, ölkələrimiz arasındakı əlaqələrin mövcud səviyyədə olmasının məmnunluq doğurduğunu ifadə edib. Diplomatik fəaliyyəti dövründə ikitərəfli əməkdaşlığın inkişafı üçün səylər göstərəcəyini bildirib.

Ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafına dair fikir mübadiləsi aparılıb, əməkdaşlıq məsələləri müzakirə edilib.