İclasda Prezident İlham Əliyevin tapşırılarına əsasən həyata keçirilən sosial islahatların uğurla davam etdirildiyi vurğulanıb.
Bildirilib ki, son 5 ildə 4 sosial islahat zərfi həyata keçirilib. 4 milyondan çox vətəndaşı əhatə edən bu islahat zərflərinin əlavə illik maliyyə tutumu 7 milyard manat təşkil edib.
Sosial islahatlar nəticəsində əhaliyə sosial ödənişlərdə ciddi artım dinamikasına nail olunub.
DSMF-nin gəlir və xərcləri, xidmət keyfiyyətinin və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində atılan addımlar barədə məlumat verilib.
Həyata keçirilən islahatların beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyi, Fondun təkcə ötən il 10 beynəlxalq mükafata layiq görüldüyü bildirilib.
Elektron xidmətlərin sayının artırılması, vətəndaşlara xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində səylərin gücləndiriləcəyi vurğulanıb.
Ötən dövrdə görülmüş işlər və qarşıya qoyulan hədəflər müzakirə olunub.