ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Nazir Sahil Babayev vətəndaşları qəbul edib
26 aprel 2024

Muxtar respublikada özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara baxış da keçirilib

Dövlət qurumları rəhbərlərinin regionlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının sakinlərini qəbul edib.

Qəbuldan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Qəbul zamanı vətəndaşlar sosial təminat, məşğulluq, əlillik, reabilitasiya və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.

S.Babayev və Naxçıvan MR-in əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadə özünüməşğulluq proqramı çərçivəsində Naxçıvan şəhər sakini, şəhid atası, əlilliyi olan şəxs Əliyev Nazim Rza oğlu  və Babək rayon sakini Eynalova İlahə Elman qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

N.Əliyev “Plastik qapı-pəncərə”, İ.Eynalova isə “Qadın gözəllik salonu” istiqaməti üzrə aktivlərlə təmin olunaraq öz təsərrüfatlarını qurublar. Onlar işsiz şəxslərin məşğulluğunun təminatı, habelə onların kiçik bizneslərini qurmaları üçün dəstək göstərilməsi istiqamətində aparılan işlərə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Yaradılan imkandan səmərəli şəkildə  faydalanaraq öz təsərrüfat sahələrini inkişaf etdirmək üçün çalışdıqlarını vurğulayıblar.

Aktiv məşğulluq proqramlarından biri olan, işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına dəstək verən özünüməşğulluq proqramı Naxçıvan MR-də də uğurla icra olunur. Bu ilin ötən dövründə muxtar respublikada daha 400-ə yaxın şəxs həmin proqram çərçivəsində aktivlərlə təmin edilərək öz təsərrüfatlarını yaradıb.