Mini futbol turnirinin final mərhələsi keçirilib
06 noyabr 2023
8 noyabr – Zəfər Günü ilə bağlı Dövlət Sosial Müdafiə Fondu əməkdaşları arasında təşkil olunan mini futbol turnirinin final mərhələsi keçirilib.
Finalda “Sosial yardım” və “Xüsusi Şərtlər” komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyun heç-heçə - 2:2 hesabı ilə yekunlaşıb. Çempionu müəyyən etmək üçün penaltilər təyin edilib. Nəticədə “Sosial yardım” komandası “Xüsusi Şərtlər” komandasına 3:1 hesabı ilə qalib gələrək turnirin çempionu olub.
III yer uğrunda qarşılaşan “Sığorta” isə “Arxiv” komandasına 4:2 hesabı ilə qalib gəlib.
Beləliklə, turniri "Sosial yardım" komandası I, “Xüsusi Şərtlər” komandası II, “Sığorta“ komandası isə III yerdə başa vurublar.