ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ISSA-nın təşkilatçılığı ilə beynəlxalq vebinar keçirilib
31 avqust 2023

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Məlumata daha yaxşı əlçatanlığın təmin edilməsi yolu ilə şəffaflığın artırılması” mövzusunda beynəlxalq vebinar keçirilib. 
Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının da iştirak etdiyi vebinarda sosial təminat proqramlarında şəffaflığın təmin olunmasında əsas məqsəd, informasiya əldə etmə mexanizmlərinin yaradılmasında qarşıya çıxan çətinliklər, maraqlı tərəflərə sosial müdafiə sisteminin vəziyyəti barədə məlumat almağa imkan yaradılması və informasiyaya əlçatanlığın qurumların şəffaflıq məqsədlərinə təsiri müzakirə olunub.