ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Nəbiyev İlyas Nazim oğlu

Elektron poçt ünvanı: ilyas.n.nabiyev@sosial.gov.az
 

1984-cü ildə anadan olub.

2000-2004-cü illərdə Xəzər Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə isə eyni ixtisas üzrə magistr dərəcəsi alıb.

2009-2010-cu illərdə Polşanın Vrotslav Universitetində “Lane Kirkland Təqaüd Proqramı” çərçivəsində siyasi elmlər üzrə əlavə təhsil alıb və proqramı uğurla başa vurub.

2010-2012-ci illərdə İsveçin Lund Universitetində Avropaşünaslıq üzrə magistr dərəcəsi alıb.

2004-2005-ci illərdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində, 2005-2008-ci illərdə isə özəl informasiya və kommunikasiya texnologiyaları və turizm şirkətlərində müxtəlif vəzifələrdə karyerasını davam edib.

2008-2009-cu illərdə Avropa İttifaqının Azərbaycan Respublikasına Beynəlxalq Texniki Yardımı üzrə Koordinasiya Bürosunun texniki yardım proqramlarına dəstək şöbəsində fəaliyyət göstərib.

2013-2024-cü illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyində Könüllü Qayıdışa Yardım və Reinteqrasiya, Qaçqınların Köçürmə Proqramları və müxtəlif miqrantlara yardım layihələrində koordinator vəzifəsində çalışıb.

BMqT-də fəaliyyət göstərdiyi müddətdə müxtəlif ölkələrdə bir sıra beynəlxalq təlimlərdə və qısamüddətli proqramlarda iştirak edib. 2016-cı ildə Beynəlxalq Miqrasiya Təşkilatının və Avropanın Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (FRONTEX) birgə əməkdaşlığı çərçivəsində Polşanın Varşava hava limanında insan alverinə qarşı mübarizə üzrə ekspert, 2024-cü ildə isə BMqT-nin “Kadr Mübadiləsi Proqramı” çərçivəsində Cenevrədə yerləşən baş qərargahda miqrantların müdafiəsi şöbəsində işləyib.

2024-cü ilin oktyabr ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə təyin olunub.

Təhsil və iş fəaliyyəti müddətində bir sıra beynəlxalq konfranslarda və təlimlərdə iştirak edib, müxtəlif mövzularda məqalələri dərc olunub.

Azərbaycan, ingilis, rus və polyak dillərini bilir.

Ailəlidir, iki övladı var.