1977-ci ildə anadan olub.
1998-ci ildə Naxçıvan Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini, 2000-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin İngilis dilinin filologiyası fakültəsini bitirib.
2007-2015-ci illər ərzində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində çalışıb.
2015-2016-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.
2016-cı ildən bu günədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunda İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır.
2022-ci ildə sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İngilis, rus və türk dillərini bilir.
Evlidir, 2 övladı var.