Elektron poçt ünvanı: elshan.m.mahmudov@sosial.gov.az
1979-cu ildə Bakı şəhərində anadan olub.
1999-cu ildə Azərbaycan Texniki Universitetində Mühəndis iqtisadiyyatı ixtisası üzrə bakalavr, 2001-ci ildə İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə magistr dərəcələrini fərqlənmə ilə bitirib. 2004-cü ildə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində aspiranturanı bitirib.
1999-2001-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində iqtisadçı, 2002-ci ildə Rabitə Nazirliyinin Teleradio İstehsalat Birliyində iqtisadçı, 2002-2005-ci illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mərkəzi Aparatında dövlət qulluğuna daxil olaraq baş məsləhətçi vəzifəsində çalışıb.
2005-2008-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində böyük elmi işcı, şöbə müdiri vəzifələrində çalışıb. Həmin dövrdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) və Asiya İnkişaf Bankının (ADB) dəstəyi ilə həyata keçirilən layihələrə rəhbərlik edib.
2008-2023-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında böyük mütəxəxəsis (2008-2010), şöbə rəisi (2010-2014), departament direktorunun müavini (2023), Ehtiyat mərkəzinin direktoru (2014-2018), departament direktoru (2014-2018 və 2020-2023) vəzifələrində çalışıb.
2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.
Çoxsaylı elmi məqalələrin müəllifi və bir dərs vəsaitinin həmmüəllifidir.
İngilis, rus, turk dillərini bilir.