ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Əsgər Mətin Əsgər oğlu

1984-cü ildə anadan olub.

2000-2005-ci illərdə Xəzər Universitetində Beynəlxalq hüquq üzrə bakalavr pilləsini fərqlənmə ilə bitirib. 2006-2008-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq üzrə magistr dərəcəsi alıb.

2010-cu ildə hüquq üzrə magistr dərəcəsi almaq üçün ABŞ Dövlət Departamentinin Edmund S. Muskie təqaüd proqramına qəbul olunub. 

2010-2011-ci illərdə ABŞ-ın Saint Louis Universitetində hüquq üzrə magistr dərəcəsi alıb, habelə 2010-cu ilin yayında Delaware Universitetində Amerika hüquq sisteminə giriş proqramında iştirak edib.

2007-2008-ci illərdə Avropa İttifaqının Azərbaycana Beynəlxalq Texniki Yardımları üzrə Milli Koordinasiya Bürosunda, 2010-cu ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Xarici İnvestisiyalar və Yardımların Əlaqələndirilməsi şöbəsində çalışıb.

2012-ci ilin yanvar ayından 2013-cü ilin sentyabr ayına qədər “CİDC Baku” MMC-də hüquq meneceri, 2013-2019-cu illərdə “Bakı Hüquq Mərkəzi” MMC-də baş hüquq məsləhətçisi və partnyor vəzifələrində işləyib.

2019-cu ilin sentyabr ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır.

2015-2018-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ingilis dilli magistr proqramında “Kommersiya qurumlarının alqı-satqı hüququ” fənnini, 2019-cu ildə “İdman arbitrajı” fənnini tədris edib.

Təhsil aldığı və əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərdə müxtəlif beynəlxalq konfranslarda iştirak edib və müxtəlif mövzularda məqalələri dərc olunub.

Təhsildəki yüksək nəticələrə görə 2000, 2002, 2003 və 2004-cü təhsil illərində Dekanın Fəxri Mükafatını alıb, Xəzər Universitetini fərqlənmə ilə bitirib.

Azərbaycan, ingilis, rus dillərini bilir.

Evlidir, iki övladı var.