ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Məmişov Himalay Qabil oğlu

1985-ci ildə anadan olub.

2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr, 2009-cu ildə fərqlənmə ilə həmin fakültənin magistr və 2017-ci ildə Hüquq fakültəsinin doktorantura pilləsini bitirib.

2007-2008-ci illərdə magistr təhsili aldığı Bakı Dövlət Universitetindən akademik məzuniyyət götürərək, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçib.

2008-ci ildə əmək fəaliyyətinə Avropa İttifaqının Azərbaycan Respublikasına Texniki Yardımı üzrə Koordinasiya Bürosunda başlayıb, fəaliyyətini İqtisadi İnkişaf Nazirliyində (hazırda İqtisadiyyat Nazirliyi) müxtəlif vəzifələrdə davam etdirib, Layihə İdarəetmə Qrupunun üzvü olub.

2011-ci ildə Gürcüstanda CABİR Regional Təlim Proqramını, 2013-cü ildə ABŞ-ın Georgiya Universitetində UGA təlim kursunu bitirib.

2011-2018-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əlaqələr şöbəsində işləyib. 

2012-2013-cü illərdə həmçinin Bakı Dövlət Universitetinin Hüquq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olub.
Çoxsaylı elmi məqalə və monoqrafiyaların müəllifidir.

2018-ci ilin avqust ayında Nazirlər Kabineti Aparatının Beynəlxalq əlaqələr şöbəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında Sosial təminat siyasəti şöbəsinin müdiri vəzifəsinə keçirilib.

2019-cu ilin yanvar ayında əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub.

2019-cu ilin 1 mart tarixində Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmri ilə Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Dövlət qulluğunun baş müşaviridir.

İngilis, rus və türk dillərini bilir.

Evlidir, 3 övladı var.