ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Mövsümov Əli Fərhad oğlu

Elektron poçt ünvanı: ali.movsumov@sosial.gov.az

 

1979-cu ildə Bakı şəhərində anadan olub.

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2000-ci ildə Mühəndis iqtisadiyyatı – Yanacaq-enerji kompleksi sənayesinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bakalavr, 2002-ci ildə isə Mühəndis iqtisadiyyatı və idarəetmə – İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirib.

2000-2003-cü illərdə “McDonald`s’da crew/to be instructor, 2003-2004-cü illərdə Azərbaycan Mikromaliyyələşmə Bankında biznes kreditləri üzrə ekspert kimi fəaliyyət göstərib.  2004-2017-ci illərdə “Bank of Baku” ASC-də müxtəlif vəzifələrdə çalışıb, 2012-2017-ci illərdə Məhsulların İdarə Edilməsi Departamentinin direktoru olub.

2018-2020-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun rəhbərinin baş məsləhətçisi (müşaviri) vəzifəsində çalışıb, 2020-ci ildən 2024-cü ilə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviri kimi əmək fəaliyyətinə davam edib. 2024-cü ilin may ayında Fondun İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.

Rus, ingilis və türk dillərini bilir.