ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Mirzəyev Zəka Aqil oğlu

1978-ci ildə anadan olub.

2000-ci ildə Bakı Dövlət Universiteninin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakultəsini beynəlxalq hüquq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə, 2007-ci ildə aspiranturasını bitirib.

Əmək fəaliyyətinə 2000-ci ildə özəl sektorda hüquq məsləhətçisi kimi başlayıb.

2003-2004-cü illərdə hərbi xidmət keçdikdən sonra, 2005-ci ildən Azərbaycan Respublikasının Maliyyə Nazirliyində baş məsləhətçi kimi dövlət qulluğuna daxil olub.

2009-cu ildən həmin nazirliyin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin sektor müdiri, 2016-cı ildən müdir müavini vəzifələrində çalışıb.

Maliyyə Nazirliyində müvafiq vəzifələrdə işlədiyi müddətdə qanunvericilik və siyasət məsələləri ilə bağlı vəzifə funksiyalarının icrası ilə yanaşı, Avropa Şurasının Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (“MONEYVAL”) Komitəsində ekspert qrupunun üzvü, Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqlar prosesində Azərbaycan Respublikasını təmsil edən İşçi Qrupunun üzvü, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunmuş işçi qrupun üzvü, İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlığı üzrə Daimi Komitəsində (“COMCEC”) maliyyə məsələləri üzrə Azərbaycan Respublikasını təmsilçisi və s. dövlət əhəmiyyətli funksiyaları icra edib.

2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Hərbi və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin, 2019-cu ildə Xüsusi Şərtlərlə Təyinat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

2020-ci ildən Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini vəzifəsini icra edir.

20-dən çox elmi məqalənin müəllifi, biri dərslik olmaqla 4 kitabın həmmüəllifidir. İngilis və rus dilərini bilir. Evlidir, dörd övladı var.