Məmmədov Mail Ağasən oğlu

1985-ci ildə Bakı şəhərində anadan olub.

2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə-kredit ixtisası üzrə bakalavr dərəcəsi alıb.

2005-2012-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Gəlirlər sektorunda məsləhətçi vəzifəsində çalışıb.

2012-2018-ci illərdə Fondun Nərimanov rayon Gəlirlər sektorunda məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirib.

2018-2019-cu illərdə Fondun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin Pensiya təyinatı sektorunda sektor müdiri vəzifəsində çalışıb.

2019-2020-ci illərdə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında rəis müavini vəzifəsində əmək fəaliyyətini davam etdirib.

2020-ci ildən etibarən Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru vəzifəsində çalışıb.

2025-ci ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun icraçı direktoru vəzifəsinə təyin olunub.

2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Təhsil və iş fəaliyyəti müddətində bir sıra beynəlxalq konfranslarda və təlimlərdə iştirak edib.

İngilis və rus dillərini bilir.