
1977-ci ildə anadan olub.
1998-ci ildə Naxçıvan Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini, 2000-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin İngilis dilinin filologiyası fakültəsini bitirib.
2007-2015-ci illər ərzində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində çalışıb.
2015-2016-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.
2016-cı ildən bu günədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunda İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.
2012-ci ildə Xidmətdə Fərqlənməyə görə Fəxri Fərman (DGK), 2013-2014-cü illərdə işdə əldə etdiyi nailiyyətlərə görə DGK-nın sədri tərəfindən təşəkkürnamə, 2015-ci ildə Avropa Oyunlarının keçirilməsi zamanı xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə fəxri fərmanla, 2015-ci ildə Dünya Gömrük Təşkilatının təşkil etdiyi “Sərnişin seçimində risklərin idarə edilməsi seminarı” sertifikatı ilə təltif edilib.
2021-ci ildə ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” auditor sertifikatı, ISO 10002: 2018 “Keyfiyyət menecmenti – Müştəri-vətəndaş məmnuniyyəti – Təşkilatlarda şikayətlərin idarə edilməsi haqqında təlimat” və ISO 26000: 2010 “Sosial məsuliyyət haqqında təlimat” sertifikatları ilə təltif olunub.
2022-ci ildə sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İngilis, rus və türk dillərini bilir.
Evlidir, 2 övladı var.