Əliyev Şahin İbrahim oğlu

1987-ci ildə anadan olub.

2005-2009-cu illərdə Odlar Yurdu Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi alıb.

2012-2018-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Maddi-Texniki Təchizat İdarəsində müxtəlif vəzifələrdə çalışıb, daha sonra “Rəhbərlik yanında” aparatında hüquq məsləhətçisi kimi fəaliyyət göstərib.

2018-ci ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin Fərdi uçot təşkilatı şöbəsində şöbə müdiri vəzifəsində, daha sonra Xüsusi Şərtlərlə Təyinat İdarəsində Hüquq və kadr şöbəsində şöbə müdiri kimi çalışıb.

2020-ci ildən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru vəzifəsini icra edib.

2025-ci ilin may ayından etibarən Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Təhsil və iş fəaliyyəti dövründə bir sıra beynəlxalq konfrans və təlimlərdə iştirak edib.