Elektron poçt ünvanı: elvin.m.aliyev@sosial.gov.az
Əliyev Elvin Mir İsmayıl oğlu
1986-cı ildə anadan olub.
2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə bakalavr pilləsini, 2010-cu ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
Hazırda York Universitetində Executive MBA üzrə təhsil alır.
Əmək fəaliyyətinə 2007-ci ildə “Kavkaz Sığorta” ASC-də sığorta üzrə menecer olaraq başlayıb.
2009-2019-cu illərdə fəaliyyətinə “Atəşgah” Sığorta Şirkəti ASC-də şöbə müdiri, idarə müdiri və İdarə Heyəti sədrinin müşaviri olaraq davam edib.
2020-ci ildə Aqrar Sığorta Fondunda departament müdiri vəzifəsində çalışıb.
2020-2021-ci illərdə Aqrar Sığorta Şirkətində İdarə Heyəti sədrinin müavini, 2021-2022-ci illərdə isə Aqrar Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifələrini icra edib.
2022-2024-cü illərdə “Atəşgah” Sığorta Şirkəti ASC-də departament direktoru, İdarə Heyəti sədrinin müşaviri, baş direktor vəzifələrini icra edib.
2024-cü ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib.
2022-ci ildən etibarən Xəzər Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq maliyyə məktəbi fakültəsində pedaqoji fəaliyyətlə məşğul olur.
İngilis, rus və türk dillərini bilir.