ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Üçtərəfli Komissiyanın növbəti iclası olub
28 sentyabr 2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib. 

Hər üç qurumdan rəhbər vəzifəli şəxslərin iştirak etdiyi iclasda əmək və əhalinin sosial müdafiəsi naziri, Komissiyanın sədri Sahil Babayev son illər həyata keçirilən sosial islahatlar çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində də mühüm işlərin aparıldığını qeyd edib. 

Bununla bağlı hazırlanan layihələrin sosial tərəfdaşlarla birgə Üçtərəfli Komissiyanın iclaslarında müzakirə edildiyi, hazırkı iclasda da yeni qanunvericilik layihələrinin müzakirəsinin nəzərdə tutulduğu bildirilib.

İclasda uşaqlı qadınların iş vaxtı müddətinin tənzimlənməsi barədə normaların təkmilləşdirilməsinə dair qanunvericiliyə dəyişiklik layihəsi nəzərdən keçirilib. Həmçinin tikinti sahəsində işçi qüvvəsinə dair vahid elektron informasiya ehtiyatının yaradılması ilə bağlı qanunvericilik layihəsi müzakirə olunub. 

Müxtəlif növ sahibkarlıq subyektləri üçün nümunəvi kollektiv müqaviləyə dair təkliflərin,  məcburi dövlət sosial sığorta haqları üzrə rüblük hesabatların sığortaedənlər tərəfindən vaxtında ödənilməsi və s. məsələlərin müzakirəsi də aparılıb.