DSMF Tovuzda "Yeni qaydalar, yeni yanaşmalar" mövzusunda təlim keçəcək
07 AVQUST 2026

Hörmətli sığortaedənlər!

Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı 21 avqust 2026-cı il tarixində Tovuzda rayonun sığortaedənlərinin əməkdaşları üçün "Yeni qaydalar, yeni yanaşmalar" mövzusunda təlim keçəcək.

Tədbirdə iştirak etmək istəyirsinizsə, DSMF-nin Tovuz rayonunda yerləşən Qazax-Tovuz Regional Filialına yaxınlaşıb, eləcə də Fondun sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçə bilərsiniz.