DSMF Tovuz rayonunda ictimai dinləmə keçirəcək
07 AVQUST 2026

Hörmətli vətəndaşlar!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 21 avqust 2026-cı il tarixində saat 15:00-da Tovuzda rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçiriləcək. 

İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, DSMF-nin Tovuz rayonunda yerləşən Qazax-Tovuz Regional Filialına yaxınlaşıb, eləcə də Fondun sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçə bilərsiniz.