Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) “The International 100 Awards 2025” beynəlxalq müsabiqəsində də uğur qazanıb.
Birləşmiş Krallıqda yerləşən “The International 100 Magazine” beynəlxalq qurumunun təşkil etdiyi müsabiqədə Fondda son illər aparılan islahatlar beynəlxalq ekspertlər tərəfindən yüksək balla qiymətləndirilib.
Beləliklə, DSMF müsabiqənin qalibləri sırasına daxil edilərək “İlin Ən Yaxşı Pensiya Fondu” ali mükafatına layiq görülüb. (https://internationalelite100.com/2025-winners)
Müsabiqədə DSMF ilə yanaşı, Avropa, Amerika, Afrika və Asiya qitələrindən, eləcə də Sakit Okean hövzəsi regionundan 500-dən çox qurum iştirak edib.
2016-cı ildən “The International 100” beynəlxalq qurumu unikal yanaşmaları ilə seçilən qurumlar arasında müsabiqələr təşkil edir və innovativ layihələri, nailiyyətləri ilə fərqlənən qurumları müəyyən edərək təqdir edir.