“Şəhərsalma və Memarlıq İli” çərçivəsində DSMF tərəfindən növbəti maarifləndirici tədbir həyata keçirilib

Tədbir şəhidlərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladlarının cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və onların maarifləndirilməsi məqsədi daşıyıb.

Bu kateqoriyadan olan təxminən 30 nəfər uşaq üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə ekskursiya təşkil edilib. Ekoloji biliklərin artırılması, ətraf mühitin qorunmasına dair məsuliyyət hissinin formalaşdırılması məqsədilə tullantıların düzgün idarə olunması, çeşidlənməsi və təkrar emalı prosesləri barədə iştirakçılara ətraflı məlumat verilib.

Uşaqlar tur çərçivəsində təkrar emalla məşğul olan “Çapar”, “AtaPack”, “Foriella”, “Oven Food Bakery” və "Paprec Energy Azerbaijan" şirkətlərinin fəaliyyəti ilə yaxından tanış olub, müasir texnologiyalar vasitəsilə tullantıların düzgün idarə edilməsi prosesini izləyiblər.

Uşaqların ekoloji maarifləndirilməsi və cəmiyyətə inteqrasiyası baxımından xüsusi əhəmiyyət kəsb edən turun sonunda iştirakçılar üçün çay süfrəsi təşkil edilib və onlara xüsusi hədiyyələr təqdim olunub.