DSMF Sinqapurda beynəlxalq müsabiqədə sertifikata layiq görülüb
03 APREL 2026

Dövlət Sosial Müdafiə Fondu (DSMF) Sinqapurda “GovInsider” beynəlxalq qurumunun təşkil etdiyi “Festival of Innovation 2026” beynəlxalq müsabiqəsində iştirak edərək “Xüsusi Qeydli Beynəlxalq Mükəmməllik Sertifikatı”na layiq görülüb.

DSMF-nin müsabiqə işi münsiflər tərəfindən təhlil edilərək yüksək qiymətləndirilib və Fondun adı beynəlxalq müsabiqənin rəsmi səhifəsindəki qaliblərin siyahısında Festival of Innovation Awards 2026 yer alıb. 

Müsabiqədə DSMF ilə yanaşı Sinqapur, İndoneziya, Filippin, Macarıstan, Malayziya, Tailand, Moldova, Çin, Səudiyyə Ərəbistanı da daxil olmaqla bir çox ölkələrin müvafiq dövlət qurumları iştirak ediblər.  

Qeyd edək ki, “GovInsider” beynəlxalq qurumu dövlət sektorunda innovasiya mədəniyyətini gücləndirən, qabaqcıl idarəetmə təcrübələrinə sahib olan, eləcə də sosial və ictimai xidmətlərin daha effektiv, insan mərkəzli və dayanıqlı şəkildə inkişafına töhfə verən dövlət qurumlarının fəaliyyətini təqdir edir. 

Sözügedən platforma tərəfindən dövlət xidmətlərinin inkişaf etdirilməsi məqsədilə daimi əsaslarla müxtəlif vebinar və konfranslar təşkil olunur, eləcə də bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir.