ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF sədri Sumqayıtda vətəndaşları qəbul edib
13 oktyabr 2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Sumqayıt şəhərində vətəndaşları qəbul edib.  
DSMF sədri qəbulda Sumqayıt, Abşeron və Xızı sakinlərinin müraciətlərini dinləyib. 
Müraciətlər əsasən pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı olub. 
Müraciətlərin hər biri qeydiyyata alınıb, bəziləri yerindəcə həll olunub, bir qisminin isə həll edilməsi üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.