DSMF sədri Sabirabad rayonunda vətəndaşları qəbul edib
24 APREL 2026

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev regionlarda vətəndaş qəbulunu davam etdirir. Bu dəfə Fond sədri Sabirabadda rayon sakinləri ilə görüşüb.

Görüşdə vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən pensiya, sosial müavinətlər, təqaüd, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı olub.

Müraciətlərin hər biri qeydiyyata alınıb, bəziləri yerindəcə həll olunub, bir qisminin isə həll edilməsi üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.