DSMF sədri Lənkəran rayonunda vətəndaşları qəbul edib
11 İYUL 2025

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev regionlarda vətəndaş qəbulunu davam etdirir. DSMF sədri Lənkəran rayonunda bu rayonun sakinlərini qəbul edib. 

Qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı olub. 

Müraciətlərin hər biri qeydiyyata alınıb, bəziləri yerindəcə həll olunub, bir qisminin isə həll edilməsi üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.