ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF-nin sədr müavini şəhid ailəsi ilə görüşüb
12 oktyabr 2023

Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zəka Mirzəyev 44 gün davam edən Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri – Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Mustafayev Nurlan Hamlet oğlunun Bakı şəhərində yaşayan ailəsi ilə görüşüb, onların sosial vəziyyəti ilə maraqlanıb. 
Görüşdə qəhrəman Vətən övladlarının xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı vurğulanıb. Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan genişmiqyaslı işlər qeyd olunub. Ailənin bundan sonra da daim dövlətin qayğısı ilə əhatə olunacağı bildirilib.
Şəhidin ailəsi dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər.
1990-cı il iyulun 22-də Sumqayıtda anadan olmuş Nurlan Mustafayev 2005-2008-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb, 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2010-cu ildə təhsilini davam etdirmək üçün Almaniya Federativ Respublikasının Hərbi Məktəbinə göndərilib, 2013-cü ildə həmin məktəbi bitirib.
Aprel döyüşləri və 44 günlük Vətən müharibəsində iştirak edən Nurlan Mustafayev Murovdağ, Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd və Hadrutun işğaldan azad olunması uğrunda vuruşub, oktyabrın 12-də Hadrut döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. 
Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə",  "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.