DSMF onlayn görüş keçirib
06 oktyabr 2023
Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) əməkdaşları ilə onlayn görüş keçirib.
Görüşdə Gürcüstanda çalışan şəxslərin pensiya və digər sosial müdafiə hüquqları, şirkət nümayəndələrinin Gürcüstandakı əmək fəaliyyəti ilə bağlı Azərbaycana münasibətdə pensiya hüququnun yaranması mexanizmləri müzakirə olunub.