ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF sədri tədbirdə fəxri qonaq qismində iştirak edib
11 iyun 2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov fəxri qonaq qismində “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” (TÜİB) İctimai Birliyinin B2G formatında keçirilən tədbirində iştirak edib. 
DSMF sədri H.Məmişov sosial təminat sahəsində ölkəmizdə həyata keçirilən islahatlar, əhaliyə göstərilən elektron xidmətlər, pensiya təminatı sahəsində Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıqdan bəhs edib. O, Fondun uğurla reallaşdırdığı “Sosial tərəfdaş” layihəsi barədə məlumat verib, 2023-cü ilin sentyabrından etibarən həyata keçirilən bu layihənin sosial ödəniş alan şəxslər üçün endirimlər nəzərdə tutduğunu bildirib. 
Sonra TÜİB sədri Hüseyin Büyükfırat rəhbərlik etdiyi təşkilatla Dövlət Sosial Müdafiə Fondu arasındakı uğurlu əməkdaşlıqdan danışıb.