DSMF-nin fəaliyyət istiqamətləri üzrə 37 742 elektron arayış alınıb
11 MART 2026

2026-cı ilin yanvar-fevral ayları ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 37 742 elektron arayış alınıb.

Bu arayışların 16 406-sı pensiya, 11 971-i müavinət və təqaüd, 5 124-ü fərdi şəxsi hesab, 1 777-si ünvanlı dövlət sosial yardımı, 351-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 332-si sağlamlıq imkanları məhdud olan uşaqlar, 1 781-i əlilliyi olan şəxslərə qulluqla bağlı olub.