DSMF-nin fəaliyyət istiqamətləri üzrə 34 592 vətəndaş qəbul edilib
12 NOYABR 2026

2026-cı ilin oktyabr ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 34 592 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.

Bu vətəndaşların 127 nəfəri Fondun Aparatının rəhbər şəxsləri tərəfindən, 1 393 nəfəri Fondun Aparatının Qəbul Mərkəzində, 2 271 nəfəri mərkəzi, 30 801 nəfəri isə regional filiallarda qəbul edilib.