DSMF əməkdaşları ISSA-nın vebinarında
23 avqust 2023
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Sosial təminat səhəsində gender aspektli xidmətlərin göstərilməsi” mövzusunda beynəlxalq vebinar keçirilib.
DSMF-nin əməkdaşlarının da iştirak etdiyi vebinarda gender perspektivi və onun əsas prinsiplərinin sosial təminat idarəçiliyində rəhbər elementlər olması, xidmətlərə əlçatanlığı təmin etmək istiqamətində gender əsaslı maneələrin müəyyən olunmasında qurumların gender təhlilini aparma üsulları və bu kimi digər məsələlər müzakirə olunub.