DSMF əməkdaşları Böyük Britaniyanın konsaltinq qurumunun təşkil etdiyi vebinarda iştirak ediblər
05 FEVRAL 2026

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşları Birləşmiş Krallığın “Lane Clark&Peacock LLP” konsaltinq qurumunun təşkilatçılığı ilə keçirilmiş “Sabit sosial ödənişlərə əsaslanan pensiya mexanizmlərində artıq vəsaitdən səmərəli istifadə: imkanlar və yanaşmalar” mövzusunda vebinarda iştirak ediblər.

Vebinarda artıq vəsaitlə bağlı ən son tənzimləyici, hüquqi və maliyyələşdirmə məsələlərinin araşdırılması, onun həm sponsorların, həm də benefisiarların maraqlarına uyğun şəkildə yönəldilməsi üçün praktik imkanların araşdırılması, o cümlədən daha geniş pensiya sxemləri üçün əlçatanlığı artıran yeni həllərin nəzərdən keçirilməsi müzakirə edilib.

Eləcə də risklərin idarə olunması və idarəetmənin nəticələri ilə bağlı fəaliyyət göstərən ekspert rəyləri dinlənilib.