DSMF daha bir mükafat qazanıb
22 dekabr 2023
Dövlət Sosial Müdafiə Fondu daha bir mükafat qazanıb
"Azərbaycan Milli İnternet Mükafatı"nın qalibləri elan olunub.
2004-cü ildə təsis olunmuş "Azərbaycanın Milli İnternet Mükafatı" - NETTY müsabiqəsinin qalibləri arasında Dövlət Sosial Müdafiə Fondu da var. Fond müsabiqədə “Dövlət və elektron hökumət" istiqaməti üzrə “İlin veb saytı” nominasiyasının qalibi olub.
Müsabiqədə vətəndaşlar üçün əlçatan, anlaşılan, ən çox istifadə olunan və innovativ yeniliklər tətbiq edən saytlar iştirak edib.